Dağlıq Qarabağda dəm qazından zəhərlənmə nəticəsində bir ailənin 3 üzvü ölüb.
Medpress.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, yanvarın 8-də azşam saat 19:05-də Qarabağdakı qondarma rejimin “Fövqəladə Hallar Xidməti”nə Şuşadakı mənzillərdən birində yaşayanların zənglərə cavab vermədiyi haqda məlumat daxil olub.
Hadisə yerinə gələn yanğın-xilasetmə xidməti mənzilin qapısını qırandan sonra içəridə ər-arvad, 23 yaşlı S.M. və 29 yaşlı A.A.nın və onların 5 yaşlı oğlu J.M.in meyitlərini aşkar ediblər. 8 yaşlı digər uşaq N.M. Xankəndidəki uşaq xəstənasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, onların ölümünə dəm qazından boğulma səbəb olub.