Sarımsaq udmağın faydaları nələrdir?

Sarımsaq deyəndə ağla ilk olaraq, ağızda buraxdığı dad gəlir. Ancaq mütəxəssislər, güclü antibiotik xarakteri daşıyan sarımsağın, bəzilərinə görə mənfi kimi qiymətləndirilən bu xüsusiyyətinin gözardı edilərək nizamlı bir şəkildə istifadə edilməsini təklif edirlər. Sarımsağın xəstəliklərə qarşı önləyici təsirindən faydalanmaq adına sarımsaq udmaq çox mühümdür. Bəs sarımsaq udmağın faydaları nələrdir? Hansı xəstəliklərin qarşısını almaq üçün sarımsaq istifadə etmək mümkündür?

 

Medpress.az xarici mediaya istinadən sarımsaq udmağın faydalarını təqdim edir. Sarımsaq, yeməklərə dad verməsi ilə yanaşı, insan sağlamlığına olan təsirləri səbəbiylə çox uzun illərdir alternativ tibbin mühüm bir məhsulu mövqeyindədir. Güclü antibiotik olması münasibətilə bir çox xəstəliyin simptomlarının yüngülləşdirilməsini təmin edir. Bununla yanaşı, dəri sağlamlığı baxımından da əhəmiyyətli bir təbii resurs kimi səciyyələndirilir. Son zamanlar isə sarımsaq ilə hazırlanan yeməklərin cinsi həyata dair töhfələri üzərində aparılan tədqiqatlar nəticəsində sarımsağın cinsi həyata da müsbət istiqamətdə təsir etdiyi nəticəsinə gəlinib.

 

Sarımsağı çiy halda udmaq, yağının mikroorqanizmlər üzərində təsir göstərərək antibiotik xüsusiyyətinin ortaya çıxmasını təmin edir. Sarımsağın bu antiseptik funksiyası, qrip və soyuqdəymə kimi soyuq hava ilə bağlı meydana gələn xəstəliklərin qarşısını alır. Bununla yanaşı, astma, revmatizm və oynaq infeksiyaları kimi problemlər də dolayısıyla sarımsaq sayəsində azaldıla bilir. Səs tutulmalarında, göy öskürək kimi problemlər bu simptomların başlıcalarıdır.

 

Sarımsaq orqanizmə daxil olduqdan sonra tərlədici təsir göstərərək temperaturun düşməsinə yardımçı olur. İmmunitet sistemini gücləndirib hüceyrələrin qorunmasını təmin etdiyinə dair tapıntılarından bəhs etməyin mümkün olduğu sarımsağın bu təsirləri, HIV virusu və menenjitə qarşı orqanizmin göstərdiyi mübarizəni dəstəkləyir. Həmçinin ürək-damar sistemdə meydana gəlməsi ehtimal edilən xəstəliklər də sarımsağın xolesterini və triqliserid nisbətinin tənzimləyici təsiri sayəsində qarşısı alına bilir.

 

Sarımsaq, trombositlərin damarların içərisində laxtalanmasının qarşısını alır. Bu baxımdan sarımsağın damar tutulmasının qarşısını almaq məsələsində əhəmiyyətli bir köməkçi olduğu deyilə bilər. Ayrıca qan şəkərini də tarazlaşdıran sarımsaq, təzyiq aşağı salan bir təbii sərvət kimi tanınır.

 

Bədəndə olan antioksidantların sayının müxtəlif xəstəliklərin ortaya çıxmasına səbəb olan sərbəst radikalların sayından az olması oksidatif stress olaraq açıqlanır.  Sarımsağın tərkibindəki hidrogen-sulfid, oksidatifin stressin azalmasını təmin edərkən, sərbəst radikalların səbəb olduğu məhvedici təsirlərə qarşı damarlarda qorumanı təmin edir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir