Uçuşa gedən pilotlar, uzun yola çıxan sürücülər, hava şirkətlərinin dispetçerlərinə növbə ərəfəsi nəyə görə sarımsaqlı yemək qəbul etmək ciddi qadağandır? Ona görə ki, o, beyin hüceyrələrinə mənfi təsir göstərir, reaksiya kəskinliyini üç dəfə azaldır.
Medpress.az xarici mediaya istinadən bildirir ki, bunu ABŞ-dan olan professor Robert Bek ötən əsrin axırında müəyyənləşdirib. Onun araşdırması göstərir ki, sarımsağın tərkibində olan sulfanil-hidroksil ionu beynin fəaliyyəti üçün zəhərli kimi xarakterizə etmək olar. Yeri gəlmişkən, alimlər bu səbəbdən yaşı çox olan insanların da qəbulunu məsləhət görmürlər, çünki qocalarda əqli zəifliyə doğru birbaşa yol açır.
Qrip epidemiyası, yaxud ORVİ dövründə ilk növbədə sarımsaq yada düşür. O, həqiqətən viruslarla mübarizədə kömək edir. Ancaq yarıya qədər nəsə etməyə adət etməyən bizim insanlar “ürəkdən” sarımsaqla müalicəyə başlayır və səhərdən axşamacan onu kiloqramla yeyir. Nəticədə mədə xorası baş verir. Bunun hamısı sarımsağın sayəsində olur. O, eynilə virusları öldürdüyü kimi, mədənin selikli qişasına da divan tutur.
Sarımsaq həqiqətən qanı durulaşdırır, trombların törəməsinə mane olur. Amma onikibarmaq bağırsağın mədə xorası kimi xəstəlikləri olanların sarımsaqdan istifadəsi həmin insanlar üçün ölümlə nəticələnə bilər. Mədə xorası xəstəliyi olduqda daxili qanaxmaya səbəb ola bilər, bu da bəzən faciəyə səbəb ola bilər. Həmin xüsusiyyətlər insanın ürək-damar sisteminə, xüsusilə də belə problemi olanlara mənfi təsir göstərir. Böyük miqdarda sarımsaq qanı da elə “qova” bilər ki, insanda baş ağrıları, ürək bulanması, aritmiya, taxikariya ilə birgə baş verə bilər. Tibbi ədəbiyyatda hətta boğulma halları da təsvir edilir.
Yeri gəlmişkən, sarımsaq və soğanın tərkibindəki kükürd üzvi birləşmələri Nyu-York ştatındakı Olbani universitetinin elmlər namizədi Erik Bloka bu tərəvəzləri güclü kimyəvi silah kimi barıt adlandırmağa vadar edib.
O, sarımsağın xüsusiyyətləri haqqında Kral kimya cəmiyyəti tərəfindən nəşr olunan kitabında Mərkəzi Asiya rayonlarında və Əfqanıstanın şimalındakı xüsusi zavodlarda sarımsaq və soğan əsasında eksperimental qoruyucu kimyəvi silahın yaradıldığı barədə danışır.
Erik Blokun sözlərinə görə, o mikrobları öldürür, həşəratları uzaqlaşdırır, ancaq həm də pişik və itlərin qırmızı qan hüceyrələrinə ziyan verir. Doğrudur, ondan başqa alimlərdən heç kim bu silah barədə qeyd etmir.