Saç tökülməsinin əsas səbəbləri

Saç tökülməsi xüsusilə də kişilərin yaşadığı bir problemdir. Amma qadınlarda da rast gəlinir. Xüsusilə saç tökülməsi yeni başlayan şəxslər bunun səbəblərini araşdıraraq “Saç tökülməsinə nə səbəb olur” sualına cavab axtarırlar.

 

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, mövsüm keçidi, pis qidalanma, yorğunluq, stress saç tökülməsinin əsas səbəbləridir. Saç tökülməsinin genetik olduğu da digər bir həqiqətdir. Bu cansıxıcı situasiyaya yeni yaxalananlar tədbir görməyə çalışarkən “Saç tökülməsinin səbəbi nələrdir” sualını tez-tez verirlər.

 

Saç tökülməsinin səbəbləri nələrdir?

 

Xətalı pəhrizlər

 

Xüsusilə xətalı edilən balanssız pəhrizlərin və zülalı az qidalanmanın saçlarda gücsüzlüyə və saç tökülməsinə yol açır. Saçın quruluşu olan keratin maddəsinin bədəndə sintez üçün bəzi əsas zülalların qidalar vasitəsilə, orqanizmə kifayət miqdarda götürmələri lazımdır. Bədənin ehtiyacı olan protein miqdarı alınmayanda isə saç tökülməsi başlayır.

 

Ağır stress

 

Ağır stress vəziyyətlərdə saç tökülməsinə tez-tez rast gəlinir. Stress bədənimizdə müxtəlif  stress hormonlarının yaranmasına səbəb kimi daxili tarazlığın pozulmasına və bunun nəticəsində bir çox xəstəliyin ortaya çıxmasına yol açır. Bu xəstəliklər də saçları tökə bilir.

 

Qırxan dəmrov (saçqıran) xəstəliyi

 

Xalq arasında qırxan dəmrov xəstəliyi kimi tanınan və otoimmün bir xəstəlik olan alopesi area xüsusilə ağır stress vəziyyətlərdə ortaya çıxır. Saçlı dəridə, bəzi xəstələrdə isə qaş, kirpik və saqqallar da daxil bütün bədən tüklərində, bədənin öz istehsal etdiyi bir sıra otoantikorlar üzündən oval şəklində tökülməyə səbəb olur.

 

Həddindən artıq kilo itkisi

 

Həddindən artıq kilo itkilərindən sonra saçların tökülməsinə tez-tez rast gəlmək olur. Bunun səbəbi isə həddindən artıq kilo itkisində telofen effluvium olaraq adlandırılan təbii tökülmə mərhələsindəki saç nisbətinin və tökülmə müddətinin uzanmasıdır. Saçlarda tökülmə orta hesabla 3-6 ay davam edib, sonra dayana bilər.

 

Anoreksiya və bulimia

 

Anoreksiya və bulimia kimi qida qüsurları olan xəstələrdə qidalanmaqla alınması lazım olan dəmir, vitamin, zülal və sink kimi elementlərin çatışmazlığına bağlı saç tökülməsinə tez-tez rast gəlinir. Bu xəstəliklər müalicə olunanda saç tökülməsi dayanır və itirilən saçlar yenidən yerinə gəlir.

 

A vitamininin çoxluğu

 

Yüksək dozada A vitamini almaq da çox bir saç tökülməsi ilə nəticələnə bilər. A vitamini alınması dayandıqdan sonra saç tökülməsi də sona çatır.

 

Somatik xəstəliklər

 

30-dan çox somatik xəstəlikləri saçları tökə bilər. Ağır cərrahi əməliyyatlar, yüksək temperaturlu xəstəliklər, ağır keçirilən infeksiya xəstəlikləri və bəzən ağır bir gribal infeksiya sonra da çox saç tökülmələri müşahidə edilə bilər. Bu xəstəliklərin aşkar edilməsi və müalicəyə başlaNmasının ardından saç tökülməsinin dayandığı görünür.

 

Hormonal dəyişikliklər

 

Saç tökülməsinin başqa bir səbəbi də hormonal dəyişikliklərdir. Xüsusilə doğuşdan sonra müşahidə edilən saç tökülmələri, hamiləlik hormonunun yerini təkrar östrojen hormonuna buraxması ilə baş verir. Bir neçə aya qədər sıx saç tökülməsi normal qəbul edilir. Ancaq uzun sürdüyü hallarda dermatoloqlarla məsləhətləşmək lazımdır. Həmçinin menopauza ilə birlikdə də saçlarda tökülmə problemi inkişafa edə bilər. Bir müddət sonra saç tökülməsi dayansa da,saç sıxlığı menopauza öncəsi sıxlığına təkrar qayıtmaya bilər.

 

Dəmir çatışmazlığı

 

Dəmir çatışmazlığı saç tökülməsinin əsas səbəbkarları arasında yer alır. Pəhrizlə kifayət qədər dəmir alınmaması və ya dəmirin sormaqda problem olan xəstələrdə saç tökülməsi şikayətinə çox tez-tez rast gəlinir.

 

Xətalı saç qulluğu

Çox tez-tez saç boyamaq, saçı həddindən artıq şampuanlamaq, düzleştirici kimi bəzi üsullarla saçları formalaşdırmaq və isti fendən istofadə etmək saç qırılmasına və qopmalara gətirib çıxara bilər.

 

At quyruğu

 

Saçları çox gərgin bir şəkildə çəkərək rezinlə at quyruğu etmək, saçların alın xəttini geriyə çəkərək, traksiyonel alopesi olaraq adlandırılan saç itkilərinə səbəb olur. Eyni şəkildə sıx və gərgin edilən saç hörmək, saçlara kiçik kliplərlə əlavə edilən saçlar da saç köklərinə  zərər verə bilir.

 

Saçları yaşlı daramaq

 

Yaşlı olanda elastikliyi artdığı üçün saçlar asanlıqla zərər görə bilər. Bu səbəbdən xüsusilə yaşlı olanda çox daramaq və yumaq saç qırılmasına səbəb ola bilər.

 

Dərman istifadəsi

 

Qan durulaşdırıcılar, artrit, podaqra, depressiya, ürək xəstəlikləri və yüksək təzyiq üçün istifadə edilən bəzi dərmanlar saçları tökə bilər. Ayrıca doğum nəzarəti üçün istifadə edilən dərmanların bəzən istifadələri kəsiləndə saç tökülməsi müşahidə edirsinizmi. Arıqlamaq üçün istifadə edilən bəzi dərmanlar da yenə saç tökülməsinə səbəb ola bilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir