Karantin zamanı diqqət edəcəyimiz ən əsas amil sağlamlığımızdır. İmmunitet sistemi bir çox faktordan, xüsusi ilə də, istehlak edilən qidalardan təsirlənir. Həftə sonu qəbul edilən yanlış qidalar immunitet sisteminə mənfi təsir edir. İmmunitet hüceyrələri də daxil olmaqla bütün hüceyrələrin sağlamlığı və normal fəaliyyəti üçün müxtəlif qida qruplarına məxsus məhsullar istehlak etmək lazımdır.
Medpress.az xarici KİV-nə istinadən karantində diqqət yetirməli olduğumuz vacib amilləri təqdim edir.
1) Çipsi kimi qida məhsullarından uzaq durun
Çips sağlıqlı qida hesab edilmir. İmmunitet sisteminə pis təsir edir. Tərkibindəki yağ immun balansını pozur.
2) Hazır paketlənmiş qidaların yerinə meyvə və tərəvəzlərə üstünlük verin
Gözünüzün önünə qoyduğunuz bir səbət meyvə yaxud da bir qab çərəz sizin sağlam şəkildə qidalanmağınıza şərait yaradacaq.
3) Effektli və faydalı pəhrizlərə üstünlük verin
Pandemiya dövründə evdə artıq qidalanma nəticəsində bir çox insanlar kökəlməyə başlayır və dietoloqa müraciət edərək artıq çəkidən xilas olmaq istəyir. Lakin dietoloq seçərkən və pəhriz yeməkləri yeyərkən diqqətli olmaq lazımdır. Yalnış pəhriz xəstəliyə səbəb ola bilər. Arıqlamaq üçün tətbiq edəcəyiniz məhdud və faydasız pəhrizlər, multivitamin, vitamin və qida əlavələri orqanizmdə zəhərli təsirlər yarada bilər.
4) Kompüter, televizor və telefondan istifadəni azaldın
Karantində qida rasiyonu ilə yanaşı televizor, komputer, telefondan da istiafdə qaydalarına düzgün riayət etmək lazımdır. Karantində istifadə etdiyiniz telefon, televizor ya da və kompüterlə təması maksimum dərəcədə azaltmaq lazımdır. Əks təqdirdə yayılan işıq şüaları təbii oyanma və yuxu rejimini poza bilər.
5) Bol miqdarda su qəbul edin
Su insan orqaniziminin immun sisteminin dəstəklənməsində mühüm rol oynayır. Bədənimizdə infeksiya ilə mübarizə aparan mühüm immun hüceyrələri daşıyan qan dövranı böyük ölçüdə sudan ibarətdir. Bu səbəbdən susuz qalsaq, immunitet sistemi pisləşə bilər.
6) Stresssən uzaq durun
Stressin də immunitet sisteminə böyük təsir göstərən amillərdən biri dir. Aradşdırmalar görə adi halda bədənəd yaranan stress faydalıdır, lakin uzun müddətli stres, karantin dövründə immunitet sistemimizdə balanssızlığa səbəb ola bilər. Depressiya, həzm problemləri, ürək xəstəlikləri, yuxu pozğunluqları, artıq çəki, yaddaş və konsentrasiya problemləri stressə səbəb olur. (gencaile)