Cipsilər və kartof frisinin tərkibindəki məhsullar xərçəng xəstəliyinə gətirib çıxaran genetik mutasiyaya (mutasiya dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm forması) səbəb ola bilər. Bu barədə “Genome Reserarsh” jurnalında çap olunan yeni araşdırmada söhbət gedir.
Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, iş burasındadır ki, həmin qidaların tərkibindəki akrilamid siqaret tüstüsündəki kimi potensial kanserogen maddəsidir. Akromalid qlikidamid kimi tanınan başqa maddəyə metabolizə edilir. Məlum olduğu kimi, hər iksinin heyvanlara kanserogen təsiri var. Onların insan üçün də təhlükəli olduğu istisna olunmur.
Akrilamid bəzi məhsullarda yüksək temperaturun təsirindən əmələ gəlir. Karbonhidratlar və minimum proteinlərin tərkibində olan tərəvəz məhsulları bu prosesə xüsusilə həssasdır.
Alimlər qızardılan kartof frisi və cipsilərdə daha çoc miqdarda akrilamid aşkar ediblər. Bu maddə, eyni zamanda pambıq, peçenye, çörək, kofe və qovurulan badamın tərkibində də var. Qəhvə əvəzediciləri dənli bitkilər də potensial zərərli ola bilər.
Arzuolunmaz fəsadlardan qaçmaq üçün tərkibində yüksək akrilamid olan məhsulların istifadəsinin məhdudlaşdırılması tövsiyə olunur.
Alimlər həmin məhsulların tərkibindəki maddənin dəqiq dozasını müəyyənləşdirməyə kömək edəcək araşdırmanı bundan sonra da davam etdirmək niyyətindədirlər.