Vaxtsız ölümdən qorxan kişi iki dəfə arıqladı

Çəkisi 330 kiloqram olan ABŞ-ın Oklahoma ştatının Fervyu şəhərində yaşayan 35 yaşlı Kaylas Qivens iki dəfə arıqlayıb. My 600-lb Life verilişinin iştirakçılarından biri olan Kaylas uşaqlıqdan kökəlmədən əziyyət çəkib.

 

Medpress.az xarici mətbuata istinadən bildirir ki, onun sözlərinə görə, artıq çəki ona Cessika adlı sevgilisi və 3 ögey qızı ilə vaxt keçirməyə də imkan verməyib. Bundan əlavə, son 2,5 ildə yatağa düşüb, oksigen maskası ilə nəfəs alıb və demək olar tərpənməyib.

 

Kökəlmək həyatı üçün real təhlükəyə çevriləndə Kaylas, nəhayət arıqlamaq qərarına gəlib. O, yardım üçün tanınmış cərrah Yunana Novzaradana müraciət edib. Xəstəxanaya gələndə ayaqlarında infeksiya aşkarlanıb və orada yatmalı olub.

 

Üstündən 2 ay keçəndən sonra Novzaradanın nəzarəti altında Kaylas 96 kiloqrama yaxın arıqlayıb. Sonra amerikalını fizioterapiya şöbəsinə yerləşdiriblər. Həkimlərin nəzarəti dayanandan sonra arıqlamaq prosesi ləngiyib. Sonrakı 2 ayda cəmisi 2,3 kiloqram çəki itirib. Ancaq nəticədə çəkisini 123 kiloqram azalda bilib.

 

Yalnız bundan sonra çəkinin azaldılması üçün əməliyyat keçirilib. Kaylas arıqlamaqda davam edib, oksigen maskasız nəfəs almağa başlayıb və uzun illər ərzində ilk dəfə ayağa qalxıb və gəzə bilib. Nəticədə çəkisi 142 kiloqrama qədər azalıb.

 

Kaylas yaxınlarda sevgilisinə evlənməyi təklif edib və razılığını alıb.

 

 

(Visited 116 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir