Üç yaşlı qız vəhşicəsinə zorlandı

Hindistanda üç yaşlı qız vəhşicəsinə zorlanıb. Bu dəhşətli cinayət bütün ölkədə etirazlara səbəb olan Dehlidə avtobusda tələbənin qrup halında zorlanmasının ildönümündə baş verib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, şübhəli saxlanılıb. Qadın işləri üzrə komissiyasının sədri Svati Malival deyib ki, 3 yaşlı qız Bindapuredə vəhşicəsinə zorlanıb.

 

“Onun çoxlu qanaxması var, vəziyyəti kritikdir. Mən onunla görüşməyə hazırlaşıram”, – Malival Twitter-də yazıb. O, eyni zamanda xəbər verib ki, qonşular 40 yaşlı cinayətkarı yaxalayaraq vəhşicəsinə döyüblər.

 

Polisdən bildirilib ki, hamı bunun zorlanma olduğunu müəyyənləşdirmək üçün tibbi analizin nəticəsini gözləyir.

 

İlkin məlumata görə, 40 yaşlı mühafizəçi qızı şirniyyatla ələ alaraq, onu evdən kənara aparıb.

 

Zorlanan qızın əməliyyat olunduğu, lakin onun yaşayıb-yaşamadığı məlum deyil.

 

Hindistanda bu cür cinayətlər kifayət qədər yüksəkdir.

 

Bu ölkədə hər 155 dəqiqədə 16 yaşa qədər olan uşaq zorlamaya məruz qalır, 10 yaşa qədərki uşaqlar isə hər 13 saatdan bir.

 

 

(Visited 251 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir