Su içdi, beynini bu canlı yedi…

ABŞ-ın Sietl şəhərində 69 yaşlı bir qadın dözülməz baş ağrılarından əziyyət çəkirdi. Sinus infeksiyası şikayəti ilə xəstəxanaya müraciət edəndə içdiyi sudan beyinyeyən amöb (təkhüceyrəlilərə mənsub olub, şirin suda yaşayan və daimi forması olmayan mikroskopik (adi gözlə görünməyən) ibtidai heyvan) düşdüyü üzə çıxıb. Beyni gündən-günə əriyərək təpitmə kimi olan bədbəxt qadın həyatını itirib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, birillik prosesdə beyinyeyən amöb qadının beynindəki sinir toxumalarını gün keçdikcə yeyib və beyni qanlı çuxura çevirib.

 

Baş ağrısı dözülməz səviyyəyə gələn qadın sinus infeksiyası şikayətilə xəstəxanaya müraciət edib. Onun sol qoluna nəzarət edə bilmədiyi və məntiqli düşünmədiyi hiss edilib. Beyninə “Balamuthia mandrillaris” tipli amöb düşdüyü müəyyən edilən qadın bütün səylərə baxmayaraq həyatını itirib.

 

İlk olaraq 1986-ci ildə kəşf edilən “Balamuthia mandrillaris” tipli amöb bu günə qədər yalnız 200 nəfərdə aşkar olunub.

 

89 faiz öldürücü olduğu bilinən “Balamuthia mandrillaris”in təsirləri həftələr, hətta aylar sonra ortaya çıxır.

(Visited 136 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir