Şokolad yeyin, seks üçün dərmana ehtiyacınız olmayacaq

Milyonlarla kişi və qadın ehtirasınə artırmaq üçün əczaçılıq vasitələrindən istifadə edir. Ancaq müəyyən qidalar var və onlar bu istəyin reallaşmasına heç də pis yardım etmirlər. Ehtiras, yaxud cinsi həvəs bizim intim əlaqəyə marağımızı müəyyən edir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, statistika göstərir ki, ehtirasın aşağı düşməsindən qadınların təxminən 50 faizi əziyyət çəkir, onların da çoxu sadəcə  cinsi əlaqə zamanı boşala bilmirlər.

 

Kişilərin beşdə biri kliniki impotensiya, yaxud erektil disfunksiya (erektil disfunksiya cinsi aktın dolğun şəkildə həyata keçirilməməsi ilə bağlı xroniki çətinlikdir) ilə qarşılaşır ki, bu da onların yaşam keyfiyyətini ciddi şəkildə aşağı salır.

 

Tibb sənayesi bazara daima ehtirasın azlığı ilə mübarizə aparmaqdan ötrü müxtəlif vasitələr ötürür. Lakin ilkin mərhələdə heç bir dərmansız da gərəgli olan effekti əldə etmək mümkündür. Ehtirasın artırılması üçün ən təbii effektli vasitələrdən biri qidalanmada dəyişiklik etməkdir.

 

Araşdırma göstərir ki, qara şokoladdan istifadə beyində dofamini (dofamin insanları daha ‘danışqan’ və ‘həyəcanlı’ hala gətirir. Bu da duygusal reaksiyalarımızı yönləndirir. Dofamin daha yaxşı hissetməmizə səbəb olur) – neyromediatoru artırır, yaxşı əhval-ruhiyyə yaradır və beyinin mərkəzində həzz yaradır.

 

Müşahidə zamanı müəyyən edilib ki, iki həftə boyu gündə 40 qram qara şokolad yemək stress hormonları kortizolunun (kortizol — stress hormonudur, arterial təzyiqi və qanda qlükozanın səviyyəsini artırır) səviyyəsini azaldır.

 

Qara şokolad, eləcə də kişilərin ereksiya vəziyyətinə çatmasına mane olan qan təzyiqinin aşağı düşməsinə imkan verir. Hipertoniya erektil disfunksiyanın başlıca səbəblərindən biri sayılır.

 

Qara şokoladdan istifadə orqanizmdə serotoninin məhsuldarlığına səbəb olur, bu da təbii afrodiziak hesab olunur və məhz bunun sayəsində ehtirasın səviyyəsi yüksəlir. Nəhayət, şokoladın daha bir qiymətli üstünlüyü var – bu, stresslə mübarizədə gözəl vasitədir. Əhval-ruhiyyənin pis olmasından və həyəcandan bu gün insanların 60 faizi əziyyət çəkir. Əlbəttə, şokolddan hədsiz miqdarda istifadə məsləhət deyil, ancaq gündəlik rejimlə onun müəyyən miqdarını qəbul etmək ehtirasın yüksəkməsinə əhəmiyyətli təsir göstərə bilər.

 

(Visited 320 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir