Sekslə məşğul olmursunuzsa, qorxulu nə baş verə bilər?

Əhval-ruhiyyəni yüksəltmək və əylənmək üçün dünyada bir çox məsələnin vacib olduğunu bəlkə də çox adam bilir. Ancaq çoxları müntəzəm seksin sağlamlıq üçün vacib olduğunu qiymətləndirmir.

 

Medpress.az xarici mediaya istinadən seksdən imtina edəndə sizin bədəninizdə nələrin baş verə biləcəyini sadalayacaq.

 

1. Siz tez-tez xəstələnirsiniz

 

Əgər uzun müddətdir sekslə məşğul olmursunuzsa, sizin immun sisteminiz xeyli zəifləyir. Bu o deməkdir ki, mikrobların orqanizminizə girməsi asanlaşır, sizi qripə, yaxud soyuqdəyməyə yoluxdurur.  Seks sizi moruq mürəbbəsi ilə çay içmək zərurətindən azad edir.

 

2. Sizdə stress səviyyəsi yüksəlir

 

Seks – stressin səviyyəsini aşağı salmağın ən yaxşı üsuludur. Müntəzəm seks stress hormonlarının sayını azaldır və sizi daha çox taqətdən salır.  Seks olmadan siz yavaşıdılmış hərəkət edən bombaya çevrilirsiniz.

 

3. Sizə cuşa gəlmək çətindir

 

Nə qədər qəribə olsa da, bu tam həqiqətdir:  müntəzəm təcrübənin olmaması tez-tez onunla nəticələnir ki, insan cuşa gəlmək problemi ilə üzləşsin. Bu kişilərdə ereksiya (Cinsi qıcıqlandırıcının təsirindən cinsi orqana gələn arterial qanın axınının bir neçə dəfə yüksəlməsi, cinsi orqandan gedən venoz qanın axınının isə bir neçə dəfə zəifləməsi səbəbindən cinsi orqan daxilində qanın ləngiməsinin nəticəsində cinsi orqanın sərtləşməsi (bərkiməsi) prosesi) problemi ilə, qadınlarda  orqazma (Orqazm oma çanaq nahiyəsi ətrafında gərginləşərək yığışan əzələlərin ritmik hərəktlər nəticəsində yumşalaraq boşalmasına deyilir) nail ola bilməməklə özünü göstərir. Ona görə, özünüzü uzun müddət seksdən məhrum etməyin.

 

4. Sizin yuxular dəyişir

 

Bəzi insanlarda qeyri-müntəzəm cinsi həyat qəribə yuxular doğurur. Məsələn, seksual səhnələr sizin yuxunuza girir, yaxud yuxuda boşala bilərsiniz.

 

5. Vaxt ötdükcə sizin sekslə məşğul olmaq həvəsiniz yox olur

 

Əgər sizin orqanizminiz sekslə məşğul olmaq müddətinin uzandığını hiss edirsə, o, cinsi hormonların istehsalını azaldır. Hansısa müddətdən sonra siz artıq sekslə məşğul olmaq istəmirsiniz, ümumiyyətlə ehtirasınız dəyişir. Bunun hamısı cinsi hormonların çatışmazlığının əlamətidir.

 

6. Sizinlə tərəfdaşınız arasındakı məsafə artır

 

Münasibətdə olan insanlar nadir hallarda bir yerdə yatırsa, onlar arasındakı məsafə də artacaq. Nəticədə siz tərəfdaşınızla bağlı şübhələnməyə başlayırsınız və daha cəlbedici insan axtarırsınız.

 

7. Sizdə öz-özünə qiymət vermə azalır

 

Təəccüblü deyil ki, heç kimin istəmədiyi adamın öz-özünə qiymət verməsi də  aşağı düşür. Amma seksin olmaması əhval-ruhiyyəyə pis təsir və  hətta depressiyaya gətirib çıxara bilər. Araşdırma göstərir ki, müntəzəm seks depressiyanın öhdəsindən gəlməyə kömək edir və effektliyinə görə depressiya əleyhinə dərmanla da müqayisə etmək olar.

 

8. Sizdə xərçəng riski artır

 

Uzun müddət sekslə məşğul olmayan kişilərdə prostat vəzinin xərçəngə tutulmaq riski artır. Ona görə hərdən olsa belə sekslə məşğul olun, bu xərçəngə yoluxmaq riskini aşağı salacaq.

 

Razılaşın, bu səbəblər üzündən biz hamımız, sadəcə vaxtaşırı sekslə məşğul olmağa borcluyuq. Bu həm də sağlamlıq üçün vacibdir!

 

 

(Visited 789 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir