Sauna ürək xəstələrini ölümdən qoruyur

Növbəti araşdırma saunanın insan sağlamlığı üçün xeyirli olduğunu təsdiqləyib. Müəyyən edilib ki, buğxana yaşı 50-dən yuxarı olan insanların ürək xəstəliyindən ölüm riskini azaldır. 

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, elm yenidən vaxtaşırı saunaya gedişlərin insan sağlamlığı üçün xeyirli olduğunu sübut edib.

 

Yenə də bu tapıntı Finlandia alimlərinə məxsusdur, məhz bu ölkəni saunanın vətəni adlandırırlar. Şərqi Finlandiya Universitetinin tədqiqatçıları müəyyənləşdiriblər ki, saunaya getməklə yaşı 50-dən yuxarı olan kişilərin ürək-damar xəstəliklərindən ölüm riskini azaltmaq mümkündür. Müəyyən edilib ki, həftədə 4-dən 7 dəfəyə qədər saunaya gedən insanlarda ürək-damar xəstəliklərindən ölüm 1000 nəfərdə 2,7 hadisə qeydə alınıb. Saunaya həftədə cəmisi bir dəfə gedənlərdə ölüm səviyyəsi 1000 nəfərə 10,1-i təşkil edib.

 

Araşdırmanın müəllifləri ən əhəmiyyətli kimi o faktı qeyd edirlər ki, saunaya vaxtaşırı getmək orta yaşlı insanlar arasında ürək-damar xəstəliklərindən ölüm riskini daha çox azaldır. Bu təkcə kişilərə yox, həm də qadınlara aiddir.

 

Saunanın kişilər üçün niyə xeyirli olmasının bir neçə mümkün izahı var. Ola bilsin ki, bu onun qan təzyiqini azaltmaq təsiri ilə bağlıdır. Bundan başqa, sauna ürəyk ritminin sürətlənməsinə də imkan yaradır.

 

 

(Visited 85 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir