Qida mənşəli xəstəliklərin qarşısını almaq üçün 5 sadə qayda

Dünya Səhiyyə Təşkilatı (DST) qida mənşəli xəstəliklərin qarşısını almaqdan ötrü hamını sadə qaydalara riayət etməyə çağırır. Medpress.az xəbər verir ki, DST-nin müraciətində deyilir: “Ərzaq məhsulları istehsalçıları ərzağın təhlükəsizliyi üçün əsas məsuliyyət daşıyır. Lakin siz özünüzü və ailənizi 5 əsas prinsipi tətbiq edərək qida mənşəli xəstəliklərdən qoruya bilərsiniz”.

 

 

DST patogen (xəstəlik törədən) mikroorqanizmlərdən xilas olmaq üçün bu şərtləri yerinə yetirməyə çağırır:

 

  • yoluxmanın qarşısını almaq məqsədilə təmizliyə riayət etmək;

 

  • çiy və hazır yeməkləri qarışdırmamaq;

 

  • mikroorqanizmlərin məhv edilməsindən ötrü yeməyi mükəmməl hazırlamaq;

 

  • bakteriyaların inkişafının qarşısını almaqdan ötrü ərzaqları təhlükəsiz temperaturda saxlamaq;

 

  • yoluxmanın qarşısını almaq məqsədilə təmiz sudan və təmiz qida xammalından istifadə etmək.

 

(Visited 77 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir