Qaynayan südün içinə quru əncir atıb içsəniz…

Əncirlə süd bir araya gələndə çox faydalı hala gəlir və öskürək, boğaz ağrısı kimi daha bir çox xəstəliyə şəfa olur.

 

Medpress.az xarici mediaya istinadla qaynayan südün içinə quru əncir atıb içməyin faydalarını təqdim edir.

 

Qəbizliyə yaxşı təsir edir

 

Qaynayan südün içərisinə 3 və ya 4 dənə əncir atın.

 

Daha sonra əncirlə birlikdə 5 dəqiqə qaynamasını təmin edin.

 

Əncirlər südün içərisində püre halına gələndə qarışığı içə bilərsiniz.

 

Ən azı yarım saatın sonunda qəbizlik probleminə vida edəcəksiniz.

 

Bronxit və öskürəyin qarşısını alır

 

Əncir, sinə yumşaltdığı üçün bronxit və öskürək kimi sağlamlıq problemlərində bəlğəm təmizləyərək rahatlaşdırır.

 

 İki su stəkanı çiy südün içinə iki dənə quru ənciri doğrayıb südü qaynadın.

 

İyirmi dəqiqə saxlayıb süzün və gündə 2 dəfə bu süddən isti olaraq için.

 

Boğaz ağrısının dərmanıdır

 

1-2 ədəd qurudulmuş ənciri 2 çay qaşığı balla birlikdə isti suda qarışdırıb çay kimi içə bilərsiniz.

 

Bir neçə dəfə istifadədən sonra boğaz ağrınız dərmansız yaxşılaşacaq.

 

Süd işçməyi sevmirsiniz, əncir yeyin

 

Hər hansı bir səbəbdən süd içə bilmirsinizsə, bunu dərd etməyinizə ehtiyac yoxdur. Quru əncir meyvəsi də südün yerinə keçərlidir. Əncirin içərisində yer alan kalsium və fosforla sümük və dişlərin formalaşması ilə sağlamlıqlarını təmin edir. Bu səbəblə süd içməyən insanlara gündə 3 ədəd quru əncir yeməsi tövsiyə edilir.

 

(Visited 143 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir