Neonatologiya üzrə Azərbaycan-Türkiyə təlimi

Dekabrın 14-də “Fairmont” otelində neonatologiya üzrə Azərbaycan-Türkiyə II intensiv təlim kursu keçirilib. Tədbir Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev kursun məqsədinin neonatologiya sahəsində ən aktual məsələlərin və mütəxəssislərlə dünya təcrübəsinin müzakirəsi olduğunu bildirib.

 

Professor kursun uşaqlara, xüsusilə də yenidoğulanlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayacağını da diqqətə çatdırıb.

 

Baş pediatr, həmçinin Azərbaycanda ana və uşaqların sağlamlıqlarının mühafizəsinə daim diqqət yetirildiyini vurğulayıb.

 

(Visited 29 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir