Kişini sizi sevməyə məcbur edəcəyiniz sirlər

Sevgi aşiqlikdən nə ilə fərqlənir? Beləliklə, gəlin sizinlə həqiqi hisslərin ehtirasdan nə ilə fərqləndiyini araşdıraq. Sevgi tədricən gəlir, aşiqlik tez. Təsəvvür edin ki, sizin sevginiz – o, həmişə artır, artım isə hansısa zaman tələb edir. Aşiqlik isə adətən sanki başdan tökülür. İnsanı onunla cəmisi bir neçə dəfə görüşməklə tanımaq mümkün deyil. İnsanı yaxşı öyrənmək üçün zaman tələb olunur – bir qayda olaraq, aylar, bəzən illər.

 

Medpress.az xarici mediaya istinadən xəbər verir ki, sevgi yavaş-yavaş gedir, aşiqlik – sadəcə uçur. Sadəcə, özünüzdən soruşun: “Roman nə qədər davam etdi? Və onu dayandırmaq üçün nə qədər vaxt lazım olub?” Əgər siz bir yerdə böyümüsünzsə və ikilikdə demək olar bütün vaxtınızı keçirmisinzsə, birdəfəlik münasibətinizi pozmaq üçün sizə uzun müddət lazım olacaq.

 

Sevginin mərkəzində – cəmisi bir insandır, aşiqlik bir neçə nəfərə şamil oluna bilər. “Sevmək” vəziyyətində bir qıza/oğlana aşiqlik eyni vaxtda iki və ya daha çox adama aid ola bilər. Belə adamlar öz xarakterləri və ehtirası ilə başqalarından xeyli dərəcədə fərqlənir.

 

Sevgi yaratmaq istəyini bəxş edir, aşiqlik – dağıdıcıdır.  Sevgi sizin şəxsiyyətiniz üçün müsbət təsir göstərəcək, o, sizə ən yaxşı şeyi açıqlayacaq. O, sizi yeni enerji ilə dolduracaq, məqsədinizi müəyyənləşdirəcək və həyata maraq oyadacaq. O sizin yaradıcılığınıza və layiqli işinizə səbəb olacaq,  şəxs kimi inkişafınıza gətirib çıxaracaq. Məhz o, özünə inam və ləyaqət hissi, borc hissi oyadacaq.

 

Aşiqlik isə əksinə, dağıdıcıdır, o, nizamsızlıq daşıyıcısıdır. Aşiqlik zamanı sizin iş qabiliyyətinizin azalması aşkar olur. Sizin doğmalarınız, yaxın dostlarınız o andaca bunu hiss edəcək və belə deyə bilərlər: “Sənə nə olub? Sən heç yerə getmirsən və heç nə etmirsən. Sənə nə olub? Xəstələnmisən, yoxsa başqa nəsə olub?”

 

Kimsə nöqtə də qoya bilər: “Yox, o xəstə deyil. O, kimisə sevir”.  Amma məsələ elə deyil. Siz bir aşiqsiniz.

 

 

(Visited 221 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir