İdeal çəki istəyirsinizsə, bu kokteyli için

Əgər arıqlamağı çoxdan arzulayır, amma yürüşlərə, arıqladan proseduralara getməyə pulunuz və imkanınız yoxdursa, başqa üsulları sınaqdan keçirin.

 

Medpress.az xarici mediaya istinadən xəbər verir ki, arıqlamağa kömək edən daha bir effektiv üsul var.

 

Məsələn, piyləri əridən 5 ideal məhsulu bir kokteyldə birləşdirsəniz, artıq çəkidən çox sürətlə xilas olacaqsınız. O, artıq çəki atmağa kömək etməklə yanaşı, orqanizmi təmizləyir, onu lazımi vitamin və minerallarla təmin edir.

 

Kokteylin hazırlanması üçün aşağıdakı məhsullar lazım olacaq.

 

İnqrediyentlər:

 

1 ədəd xiyar

1 ədəd limon

1 aloe yarpağının şirəsi

1 stəkan üyüdülmüş zəncəfil

1 dəstə cəfəri və ya keşniş

1/2 stəkan su

 

Hazırlanması:

 

Bütün inqrediyentləri blenderlə qarışdırın. Sonra kokteylin soyuması üçün onu soyuducuya qoyun və yatmazdan əvvəl için.

 

Bu effektli içkinin tərkibinə daxil olan məhsullar bir çox funksiyaları yerinə yetirir. Məsələn, xiyar yağları yandırır, limon orqanizmi təmizləyir, zəncəfil metabolizmi sürətləndirir, göyərti orqanizmi faydalı maddə və minerallarla təmin edir. Aloe vera bitkisi isə bütün bunların hamısını yerinə yetirir.

 

(Visited 85 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir