Hava qeyri-sabit keçəcək, yağış, qar yağacaq – XƏBƏRDARLIQ

Fevralın 27-də Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 754 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

 

Azərbaycan rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq.Qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

 

Nazirlik xəbərdarlıq edir ki, fevralın 26-sı axşamdan martın 1-i səhərədək hava şəraitinin bəzi rayonlarda qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

 

(Visited 37 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir