Hava sabah da yağmurlu olacaq – PROQNOZ

Aprelin 22-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz olacaq.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, həmçinin arabir güclənən qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

 

 

(Visited 39 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir