Geomaqnit qasırğaları ürək üçün çox təhlükəlidir – ARAŞDIRMA

Geomaqnit qasırğalarının Yer üzündə həyat fəaliyyətinə təsir göstərməsi barədə fərziyyələr çoxdan məlumdur. Rusiyalı tədqiqatçılar kosmosun unsan sağlamlığını dəyişə bilməsi barədə yeni tədqiqatlar aparıblar.

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyası Sibir bölməsinin Y.Q.Şafer adına Yakutiya İnstitutundan olan alimlər Yakutiyada yarım il ərzində aparılan tədqiqatlar əsasında ürək-damar sistemi xəstəlikləri ilə geomaqnit qasırğaları arasında birbaşa əlaqə olmasını müəyyən ediblər. Geomaqnit qasırğaları ilə bağlı təbiət hadisələri barədə məlumatları region üzrə təcili tibbi yardım işçilərinin çağırışlarla bağlı qeydiyyat məlumatları ilə müqayisə edən alimlər iflic, infarkt, hipertonik böhran və digər ürək xəstəlikləri ilə əlaqədar statistikanı təhlil edərək bu qənaətə gəliblər ki, məhz geomaqnit fəallığı artan dövrlərdə həkimlərə müraciətlərin sayı çox olur.

 

Tibb müəssisələrinin statistik məlumatlarını öyrənmək üçün təqribən 144 min nəfərə aid məlumatlar təhlil edilib. Araşdırmanın nəticələri “Kosmik havanın biotrop təsiri” adlı elmi iş şəklində dərc olunub. Bu işdə geomaqnit fəallığı günlərində qanın özlülüyünün və onun mikrosirkulyasiyasının dəyişmələri təsvir edilir.

 

Onu da qeyd etmək lazımdır ki, alimlərin heç də hamısı yakutiyalı həmkarlarının gəldiyi nəticələrlə razılaşmırlar. Məsələn, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində Saxa Respublikasından olan elmi qrupun işi barədə tənqidi fikir söyləyiblər. Paytaxt ekspertləri əmindirlər ki, sözügedən araşdırmada göstərilən statistikaya belə bir fakt təsir göstərib: İnsanlar səhhətinin pisləşməsini çox vaxt hava şəraitinin dəyişməsi ilə izah etməyə meyilli olur, halbuki, bəzən belə hallar meteoroloji şəraitlə əsla bağlı olmur.

 

(Visited 47 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir