Gecə əməliyyatları xəstələr üçün daha təhlükəlidir – ARAŞDIRMA

Gecə vaxtı keçirilən əməliyyatlar xəstələrdə daha çox fəsadlar  yaradır. Bu, dünyanın 29 ölkəsində aparılan araşdırma nəticəsində müəyyənləşdirilib.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, beynəlxalq araşdırma qrupu Avropa, Şimali və Cənubi Amerika, Karib hövzəsi, Yaxın Şərq, Avrasiya və Cənub-Şərqi Asiya ölkələrinin 146 xəstəxanasında  9861 nəfər yaşlı xəstə üzərində aparılan əməliyyatları öyrəniblər. Gec vaxtlarda (saat 20:00-dan səhər saat 8:00-a qədər) 555 əməliyyat keçirilib. Bu zaman “axşam” pasiyentlərinin 74 faizində təcili yox, planlaşdırılmış əməliyyat keçirilib.

 

Məlum olub ki, gecə vaxtı cərrahi müdaxilə tez-tez qanda oksigenin səviyyəsinin azalması, qan itkisi, ağciyər toxumalarının qismən kollapsı və qan təzyiqinin aşağı düşməsi ilə nəticələnib. Bu vəziyyətlə “gecə” xəstələrinin 44 faizi qarşılaşıb. “Gündüz” xəstələrində bu göstərici 34 faiz olub. Nəticədə gecə əməliyyatları uzunmüddətli stasionar müalicəyə gətirib çıxarıb.

 

Tədqiqatçılar diqqəti ona yönəldiblər ki, əvvəllər elmi ədəbiyyatda gecə növbətçilyinin zehni, yaxud fiziki yorğunluğa və diqqətin azalmasına təsir etdiyi məsələsi işıqlandırılıb. Bundan əlavə, gecə vaxtı həkimlərin komandasında təcrübəli mütəxəssislərin sayı da gündüzlə müqayisədə az ola bilər.

 

(Visited 68 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir