“Donuz qripi” bu ölkəyə də çatdı

Latviyanın infektologiya mərkəzinə hər gün stasionar müalicəyə ehtiyacı olan 20 qrip xəstəsi müraciət edir. Mərkəzdən verilən məlumata görə, bu il A tipli qrip virusu, o cümlədən xalq arasında “donuz qripi” adlandırılan H1N1 üstünlük təşkil edir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, mərkəzdən bəyan edirlər ki, ötən həftənin dördüncü günü tibb müəssisəsinə qripə yoluxan 27 xəstə daxil olub. Bunların arasında hələ ki həyatını itirən yoxdur.

 

Latviyalı həkimlər xatırladırlar ki, qrip bu mövsüm temperaturun çox yüksəyə – 41 dərəcəyə qədər qalxması ilə müşayiət oluna bilər. Onlar xəstələnənlərin hamısının həkimə müraciət etmələrini, yaxud ailə həkimini evə çağırmalarını məsləhət görürlər.

 

Qeyd edək ki, “donuz qripi” Gürcüstanda artıq 18 nəfərin ölümünə səbəb olub. Son məlumatlara görə, Ermənistanda AH1N1qripindən iki nəfər ölüb.

 

(Visited 62 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir