Bulkadan zəhərlənib öldü – AZƏRBAYCANDA

Cəlilabad rayonunda 30 yaşlı kişi xəstəxanda ölüb. Medpress.az “Report”a istinadla xəbər verir ki, rayonun Qarazəncir kənd sakini Emin Mehbalıyevin halı pisləşib, yaxınları onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparıb.

 

Ancaq həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

 

Emin Mehbalıyevin mağazadan aldığı şirniyyatdan (bulka) zəhərlənərək öldüyü iddia edilir.

 

(Visited 31 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir