Bu kənddə qadınlara uşaq doğmaq qadağandır – VİDEO

Qanadakı Mamfe Dov kəndində yerli sakinlər uşaq doğmaq məsələsini həll edə bilmirlər.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, uşaq doğmaq zamanı gələndə onlar doğuşdan əvvəlki əzabları çəkə-çəkə qonşu kəndə gedirlər. Buradakı qadınların çoxunun 3 uşağı var. Onların hamısı Mamfe Dovdan kənarda doğulublar.

 

Qadağan uzun əsrlər əvvəl tətbiq olunub. Mamfe Dovun müasir sakinləri əfsanə danışırlar: bu torpağa ilk insanlar gələndə Allahın səsini eşidiblər. O, söyləyib ki, bu torpaq  müqəddəsdir. Əgər insanlar burada qalmaq istəyirlərsə, onu doğuşla, heyvanların çoxaldılması və dəfnlərlərlə  “ləkələməmilidirlər”.

 

Gənc ailələrin bəziləri ənənəyə etiraz etməyə hazırdır, lakin əksəriyyət qocaları incitməkdən ehtiyatlanaraq həmişəki kimi ona əməl edir.

 

 

Bir neçə il əvvəl qonşu kənddə qadınlar üçün xəstəxana tikilib. İndi onlara həyata uşaq gətirmək asan və təhlükəsiz olacaq.

 

(Visited 444 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir