Bu gün Beynəlxalq Ailə Günüdür

15 may dünyada Beynəlxalq Ailə Günü (International Day of Families) kimi qeyd olunur. Bu gün BMT-nin Baş Assambleyasının 47/237 saylı qətnaməsi ilə 1993-cü ildə elan olunub. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub.

 

Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri beynəlxalq səviyyədə gündəmə gətirmək nəzərdə tutulub.

 

1996-cı ildən başlayaraq Beynəlxalq Ailə Günü hər il bir deviz altında qeyd edilir. Medpress.az-ın məlumatına görə, bu ilin çağırışı isə “İnkişaf prosesində ailənin rolu: Kopenhagen Bəyannaməsi və Pekin Fəaliyyət platforması” adlanır. Adları çəkilən hər iki sənəd 25 il əvvəl qəbul edilib və sosial məsələləri əhatə edir.

 

BMT-nin saytında qeyd olunur ki, bəşəriyyətin üzləşdiyi pandemiya ən zəif ailələrin qorunması üçün sosial sahənin inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin vacibliyinə bir xatırlatmadır. Eyni zamanda, ailələrin nəsillərin qarşılıqlı fəaliyyət mərkəzi kimi əhəmiyyəti də vurğulanır.

 

Yeri gəlmişkən, BMT-də müxtəlif ölkələrdə milli ailə günlərinin keçirilməsini dəstəklədiklərini vurğulayırlar.

 

(Visited 121 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir