Boğaz ağrısı bu xəstəliklərin əlaməti ola bilər

Havaların dəyişməsi ilə bərabər şikayət edilən xəstəliklərdən biri də boğaz ağrısıdır. Bir çox səbəbdən meydana gələn boğaz ağrısının düzgün diaqnostika və müalicə üsullarının tətbiqi boğaz ağrısının keçməməsi üçün əhəmiyyət daşıyır. Bəs, boğaz ağrısına nə yaxşı təsir edir, boğazı ağrıyan nə etməlidir?

 

Medpress.az xarici mətbuata istinadən nə etməyin gərəkli olduğunu təqdim edir.

 

Hər bir səbəbə qarşı fərqli həll yolları

 

Boğaz ağrısı bir çox xəstəliyin əlaməti olaraq meydana gələ bilər. Boğazda yanma və həssaslıq kimi də görülən, bərk və ya maye bir şey udmaqla ağrının artdığı müşahidə edilən bu şikayətin məlum olan ən sıx səbəbi infeksiyadır. Məlumata görə, infeksiyalara, adətən viruslar səbəb olur. Həmçinin, adətən uşaqlarda görülən suçiçəyi və ya qızılca kimi virus xəstəlikləri də boğaz ağrısına səbəb ola bilər. Badamcıq vəzisi iltihabı bakteriya mənşəli boğaz ağrılarına yol açdığı kimi, tez-tez görülməyən difteriya və göy öskürək kimi bakteriya növləri də səbəblər arasında sayıla bilər. Hər bir səbəbə qarşı fərqli həll yollarına müraciət etmək lazımdır. Məlum olduğu kimi, virus xəstəliklərinə antibiotik faydalı olmur.

 

Boğaz ağrısı necə keçir? Boğaz ağrısına nə yaxşı təsir edir?

 

Tibb mütəxəssislərinin fikrincə, virus infeksiyalarının spesifik bir müalicəsi yoxdur və antibiotiklərdən təsirlənmirlər. Bu vəziyyətdə müalicə simptomların aradan qaldırılmasına yönəldilmişdir. İstirahət, bol maye qəbulu, ağrı kəsicilər, burun tutulması və əlavə problemlər varsa, buna qarşı müalicələr edilə bilər. Virus mənşəli infeksiyaların normal gedişində, immunitet sisteminin təsirilə müalicədə yavaşıma və təxminən bir həftəlik müddətdə tam yaxşılaşma gözlənilir. Bakteriyal boğaz infeksiyaları daha nadir görülməsinə baxmayaraq, daha ağır seyr edilən, xüsusilə uşaqlarda ağırlaşma yaradan hallardır. Bu vəziyyətdə yenə təsdiqedici müalicə ilə yanaşı, uyğun antibiotiklər də müalicədə yer almalıdır.

 

Boğazım ağrıyır, nə etməliyəm?

 

Bakteriya və virus mənşəli infeksiyaları ayırmaqda dəqiq meyarlar olmamaqla birlikdə, antibiotik istifadəsinə qərar verərkən bu ayrıseçkiliyi edə bilmək vacibdir. Bakteriyalı infeksiyalarda boğaz ağrısı, udma çətinliyi çox daha şiddətli və uzun müddətlidir. Ümumi vəziyyət daha qabarıq olaraq pozulmuşdur, hərarət əsasən 38,3 dərəcənin üzərindədir və müqavimətlidir. Boğazdakı müayinə tapıntıları daha qabarıqdır. Əgər badamcıqlar tutulubsa şişməklə yanaşı, üzərində ağ iltihabı maddələr görülə bilər. Boyunun limfa vəzilərində ağrılı şişmələr də yarana bilər.

 

Bakteriyalı boğaz ağrılarında…

 

Bakteriyalı boğaz ağrılarında asqırıq, öskürək, zökəm kimi digər əlamətlər daha azdır və ya heç yoxdur. Həkimin aparacağı müxtəlif qan tədqiqləri, sürətli streptokok səhəng və boğaz testləri də antibiotik qərarı verməkdə yardımçı olur. Boğaz ağrısının daha nadir görülməklə birlikdə infeksiyadan kənar səbəbləri də ola bilər. Allergiyalar, sağlam burun tənəffüsünün olmaması və ağızdan nəfəs almağa bağlı boğaz quruluğu, çirkli havaya və siqaretə məruz qalmanın yol açdığı xroniki zədələnmə, hədsiz qışqırma və səsin pis istifadəsinə bağlı xırıltı və əzələ ağrıları, reflüye bağlı ağrılar və bəzi şişlər bu səbəblər arasında sayıla bilər.

 

Boğazı rahatlandırmaq üçün…

 

Ümumiyyətlə, bir-iki həftədən uzun müddətli boğaz ağrılarında, mümkün digər səbəblərin müəyyənləşdirilməsi üçün həkim müayinəsi təklif edilir. Boğaz ağrısından əziyyət çəkən adam bol-bol maye istifadə etməlidir. Siqaret, çirkli hava kimi boğazı zədələyə biləcək yerlərdən uzaq dayanmaq lazımdır. Tozlu ev mühiti həm allergiya baxımından, həm də xəstəliyə birbaşa təsir etmək baxımından zərərlidir. İstifadə edilən içkinin çox isti və ya çox soyuq olmaması lazımdır. Boğazı rahatlaşdırmaq üçün evdə istifadə ediləcək qarqara və təbii bitki çayları da işə yarayır. Udulması asan olan yeməklərin istifadə edilməsi lazımdır. Gecə yatacaq şəraitin çox quru olmamasına diqqət etmək lazımdır.

 

(Visited 1. 156 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir