Azərbaycan həkimlərinin diplomu İsraildə tanınmayacaq

İsrailin Səhiyyə Nazirliyi xaricdə təhsil alan həkimlərin lisenziyalaşdırılması qaydalarını sərtləşdirir.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, nazirliyin rəsmi saytında yayılan sənədə əsasən, lisenziya almaq üçün ixtisas imtahanlarına yalnız OECD ölkələrinin tibbi ali məktəblərinin diplomunun sahibləri, yaxud Ümumdünya tibb təhsili federasiyasında akkreditasiya alan xəstəxanalar yanındakı tibb məktəblərində təlim keçənlər buraxılacaqlar.

 

Bu o deməkdir ki, artıq yaxın zamanda İsraildə Azərbaycan, Rusiya, Ukrayna, Moldova, Belarus, Ermənistan və keçmiş SSRİ-nin digər ölkələri (OECD-yə daxil olan Baltikyanı ölkələri çıxmaq şərtilə), eləcə də Şərqi Avropa ölkələrinin əksəriyyətinin (Rumıniya, Bolqarıstan, Xorvatiya və digərləri) həkim diplomlarını tanımağı dayandıracaq. İstisna WFME akkredasiyasından keçən (belələri, məsələn, Xorvatiyadakı Zaqreb universiteti) ali məktəblərə, kliniki təcrübə verən xəstəxanalara olacaq.

 

Qeyd edək ki, 2018-ci ilin əvvəlində İsraildə Ermənistanın tibb və əczaçılıq ali təhsil ocaqlarından saxta diplom alınması ilə bağlı böyük qalmaqal yaranıb. Fırıldaqçılıqda şübhəli bilinən 40 həkim, təcrübə keçən və əczaçı saxlanılıb. Saxlanılanların hamısının ərəb sektorunu təmsil edən (İsrail ərəbləri) İsrail vətəndaşları olub.

 

Saxta diplom sahiblərinin müəyyənləşdirilməsi məqsədilə keçirilən əməliyyata “Öldürmə lisenziyası” adı verilib.

 

Saxta dilom sahiblərinin bəziləri İsraildə işləməyə lisenziya almaq niyyəti ilə xarici ali məktəblərin məzunları üçün keçirilən imtahandan da keçmişdilər. 

 

(Visited 49 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir