Atasını itirdi, 57 il sonra skeletini tapdı

Amerikanın Nyu-York ştatının Saffolk dairə sakini evinin zirzəmisində itkin düşən atasının skeletini tapıb.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, Mayk Kerroll və onun uşaqları qalıqları zirzəmidə taparaq polisə müraciət ediblər.

 

 

Nəticədə qalıqların kişinin atası Corc Kerrollana məxsus olduğu təsdiqlənib.

 

 

Ata Kerroll 1961-ci ildə, oğlu 8 aylıq olanda izsiz yoxa çıxıb. Mayk bütün həyatı boyu atası ilə bağlı nə baş verdiyini aydınlaşdırmağa cəhd edib. Onun sözlərinə görə, falabaxan  ona deyib ki, atasını diri basdırıldığı zirzəmidə axtarmaq lazımdır. Oğlu zirzəmini eninə və uzununa qazandan sonra istəyinə nail olub.

 

 

Polis hadisənin qətl olduğu versiyasını araşdırır. İlkin versiya kimi, kişinin hansısa küt alətlə başına vurularaq öldürüldüyü irəli sürülür. Oğul Kerroll deyib ki, araşdırmanın davamını istəmir, çünki atasını tapmaqla bağlı arzusunu reallaşdırıb.

 

 

(Visited 42 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir