AQTA-dan qida sahəsində çalışan sahibkarlara ÇAĞIRIŞ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində çalışan sahibkarlara müraciət edib. Medpress.az “Report”a istinadla xəbər verir ki, qurum iş adamlarını qida təhlükəsizliyi qeydiyyatından keçməyə çağırıb.

 

Xatırladaq ki, AQTA bu il iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatına və dövlət reyestrinin aparılmasına başlayıb. Prosedur kifayət qədər asan olsa da, indiyə qədər qida sahəsində fəaliyyət göstərən əksər sahibkarlıq subyektləri qeydiyyatdan keçmək üçün müraciət etməyiblər.

 

“Yeyinti məhsulları haqqında” Qanunun 7-ci maddəsinə əsasən Azərbaycanda qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır. Yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir.

 

Qanunun 7.3-cü maddəsinə əsasən qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır. Odur ki, AQTA qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə çağırış edir ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirsinlər və qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün Agentliyə müraciət etsinlər. Əks halda, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər həyata keçiriləcək.

 

(Visited 38 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir