Ananın hamiləlikdəki əhvalı ilə uşağın gələcək bacarığı arasında əlaqə tapıldı

Alimlər artıq dəfələrlə sübut ediblər ki, gələcək ananın hamiləlik zamanındakı həyat tərzi və sağlamlığı dölün vəziyyətinə və inkişafına mütləq təsir göstərir. Britaniyalı alimlərin yaxınlardakı kəşfi daha bir kifayət qədər maraqlı əlaqəni müəyyənləşdirib.

 

Medpress.az xarici mətbuata istinadən xəbər verir ki, Bristol Universitetindən olan alimlər komandası valideynlərin lokus nəzarətini (şəxsiyyət xüsusiyətlərini xarakterizə edən, yaxud daxili və ya xarici amilləri öz uğurları və ya uğursuzluqları kimi yazan psixoloji anlayışdır) və onun gələcək nəsil ilə əlaqə bacarığını araşdırıb. Məsələn, xarici lokus nəzarətli insanlar məqsədinə çatmaq üçün heç bir səy göstərmir, çünki əmindirlər ki, hər şey əvvəlcədən müəyyənləşib və yalnız onların ətrafında olan vəziyyətdən asılıdır.

 

Tədqiqatçılar 1600 hamilə qadına onların lokus nəzarətlərinin öyrəniləməsi üçün xüsusi anketlər doldurmağı təklif ediblər. Bir neçə il keçəndən sonra həmin qadınların doğulan 8, 11 və 13 yaşlarında olan uşaqlarının riyaziyyata və elmi işə meylliliklərini öyrəniblər.

 

Məlum olub ki, daxili nəzarət lokuslu qadınların uşaqları riyazi qabiliyyət və elmi fəaliyyətə meyllilik baxımından digər yaşıdları ilə müqayisədə çoc böyük paya malikdirlər. Mütəxəssislər bunu onunla izah edirlər ki, belə gələcək analar öz uşaqlarının sağlam qidalanması ilə daha çox maraqlanır, əlavə onlarla məşğul olur, çox oxuyur və məktəbdə verilən tapşırıqların yerinə yetirilməsinə fəal maraq göstərirlər.

 

“Çoxdan məlumdur ki, uşaq lokus nəzarəti onun təhsildəki gələcək uğurları ilə çox sıx bağlıdır. Ancaq indi bizə məlum olur ki, burada hamiləlik dövründə formalaşan ananın lokus nəzarəti də rol oynayır”, – tədqiqata nəzarət edən Cin Qoldinq söyləyir.

 

Əgər belə nəticələri daha bir neçə elmi araşdırma zamanı təsdiq etmək mümkün olarsa, bu o deməkdir ki, gələcək analar öz lokus nəzarətlərini genişləndirmək üçün bütün səylərini göstərmək göstərməlidir. Çünki bu nəticədə onların uşaqlarının bacarığına yaxşı təsir göstərəcək.

 

(Visited 133 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir