70 yaşda həftədə iki dəfə sekslə məşğul ola bilərsiniz

Tədqiqatçılar müəyyən ediblər ki, ahıl yaşda həyat səviyyəsindən məmnunluq fəal intim həyat ilə birbaşa bağlıdır.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, araşdırmaya orta yaşları 65 təşkil edən 7 min insan cəlb edilib. Məlum olub ki, yaşlı kişilərin kifayət qədər özlərini xoşbəxt hiss etməsi üçün ayda iki dəfə sekslə məşğul olmaları kifayətdir. Bununla belə, qadınlar öpüşməyə və emosional yaxınlığa daha çox maraqlıdırlar.

 

 

İngiltərənin Raskin Universitetinin mütəxəssisləri qeyd edirlər ki, ahıl insanların intim yaxınlığa maraqlı olmamaları haqda fikirlər yanlışdır. Onlar da göstərir ki, intim münasibət həyatdan məmnuniyyət hissi doğurur, ürəklə bağlı problemin inkişafı, eləcə də vaxtından əvvəl ölüm riskini azalda bilər.

 

 

Tədqiqatın nəticələri, eyni zamanda göstərir ki, yaşlı kişilər əgər intim əlaqə çatışmazlığı və cinsi instinkn itirilməsindən narahatdırlarsa,  öz həyatlarından az ləzzət alırlar.

 

 

Bu arada qadın xoşbəxtliyi cinsi əlaqələrin sayından yox, başlanğıcda emosional yaxınlıqdan, nəvaziş və öpüşlərdən asılıdır.

 

 

 

(Visited 569 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir