3 gündə 4,5 kiloqram arıqladan pəhriz siyahısı – RESEPT

Bəli, səhv eşitmədiniz! Xüsusi pəhriz siyahımız ilə 3 gündə tam 4,5 kiloqram arıqlaya bilərsiniz. Bu qədər qısa müddətdə o qədər çəkini necə verəcəyəm – deyirsinizsə sizi dərhal yazını oxumağa dəvət edirik.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, “hərbçi pəhrizi” adı verilən xüsusi pəhriz siyahısı 3 gündə 4,5 kiloqram arıqlamağı vəd edir. Çox populyar olan pəhriz siyahısının ən özəl tərəfi isə yalnız 3 gün davam etməsidir. Hər bazar ertəsi yeni pəhrizə başlasanız, artıq növbəti bazar ertəsini də gözləməyinizə ehtiyac qalmayacaq.

 

“Hərbçi pəhrizi” siyahımıza nəzər yetirək, bu möcüzəvi üsulu təcrübədən keçirək.

 

1-ci gün

 

Səhər yeməyi: Bir dilim qızarmış çörək (kəpəklisinə üstünlük verilməli), 2 xörək qaşığı fıstıq əzməsi, qreypfrutun yarısı və bir stəkan çay və ya qəhvə.

 

Günorta yeməyi: Bir dilim qızarmış çörək, bir fincanın yarısı ton balığı və bir stəkan çay və ya qəhvə.

 

Axşam yeməyi: Qaynar su, ya da buxarda bişmiş 85 qram ət, bir kasa yaşıl lobya, bir dənə bananın yarısı, bir dənə alma və son olaraq özünüzə bir stəkan vanilli dondurma ilə mükafat verə bilərsiniz.

 

2-ci gün

 

Səhər yeməyi: Bir dilim qızarmış çörək (kəpəklisinə üstünlük verməyiniz tövsiyə edilir), bir bananın yarısı və bir dənə soyutma yumurta.

 

Günorta yeməyi: Bir dənə çox bişmiş yumurta, bir kasa süzmə pendir və 5 stəkan duzlu su.

 

Axşam yeməyi: 2 dənə kolbasalı sendviç, bir dənə bulka, bir bananın yarısı, yarım kasa yerkökü və bir fincan gül kələmi (istəkdən asılı olaraq yarım stəkan vanilli dondurma yeyə bilərsiniz).

 

3-cü gün

 

Səhər yeməyi: Bir dilim kaşar pendiri, 1 dənə yaşıl alma və 5 su stəkan duzlu su.

 

Günorta yeməyi: Bir dilim qızarmış çörək (kəpəklisi tövsiyə edilir) və bir dənə yumurta.

 

Axşam yeməyi:1 fincan skumbriya, 1 bananın yarısı və 1 stəkan vanilli dondurma.

 

Təkliflər:

 

– Ən yaxşı nəticə almaq üçün 3 gün ərzində pəhrizi tətbiq etdikdən sonra 4-cü gün normal yeməyinizə daha az miqdarda olmaq şərti ilə geri qayıdın.

 

– Günə su içərək başlayın. Hər yeməkdən əvvəl mütləq 2 stəkan su üçün. Bunun sayəsində iştahanız bağlanacaq və uzun müddət tox qalacaqsınız.

 

– Daha yaxşı motivasiya olmaq üçün özünüzə yaxşı bir pəhriz dostu seçin. Beləcə bir-birinizi daha çox təşviq edin.

 

– Pəhrizə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşin. Həkimlə məsləhətləşərək həyata keçirəcəyiniz pəhrizin sağlamlığınıza uyğun olub-olmadığına nəzarət edin.

 

(Visited 203 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir