100 il yaşamaq şansı olan insanlar nə zaman doğulurlar?

Amerikalı elmi əməkdaşlar keçirdikləri bir sıra eksperimentlə müəyyənləşdiriblər ki, payız vaxtı anadan olan insanların tam 100 il yaşamaq şansı yüksəkdir. Əgər 1900-cu illərin statistik rəqəmlərinə istinad etsək, o zaman demək olar ki, uzunömürlülərin 55 faizi ilin ikinci yarısında anadan olublar.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, yeni araşdırma da bu fərziyyəni təsdiq edib. Amerikalı akademiklər əmindirlər ki, payızda anadan olan insanların ömrü ilin ilk aylarında dünyaya gələnləin ömründən kifayət qədər uzun olur.

 

Mütəxəssislər ehtimal edirlər ki, belə bir cəhət bəzi məqamlarla bağlıdır – doğuş zamanı çəkinin çox olması, bu erkən inkişafa təsir edə bilər. Payızda və qışda doğulan uşaqlar üçün xas olan vəziyyətdir. Həmçinin, yoluxucu xəstəliklərin fəallığının pik vaxtı, məsələn, polivirus ən çox iyul və avqust aylarında tüğyan edir.

 

(Visited 120 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir